Top.Mail.Ru

ÖZƏL

Şimali Koreyanın ballistik raket sınaqları DAVAM EDİR: Eyni anda 3 raket BURAXILIB

Şimali Koreya bu gün ölkənin şərqindən sınaq xarakterli üç ballistik raket buraxıb.

KAİM.az bildirir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Sunan bölgəsindən atılan qısa mənzilli ballistik raketlərin Yaponiya sahillərinə düşdüyünü açıqlayıb.

Sözügedən xəbəri Yaponiya höküməti də təsdiqləyib.

Loading...
Yazının davamı reklamdan sonra

Vurğulayaq ki, son zamanlar raket sınaqlarını gücləndirən Şimali Koreyanın martın 24-də qitələrarası ballistik raket sınağı keçirməsi bölgədə gərginliyin artmasına səbəb olub.

Son raket sınağı da Şimali Koreyada Covid-19-un ilk rəsmi halları elan edildikdən dərhal sonra həyata keçirilib.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button