Top.Mail.Ru

ÖZƏL

Maraqlı HADİSƏ: Çexiyada İkinci Dünya Müharibəsinə aid 2000-dən çox qumbara TAPILIB

Çexiyanın Znaym şəhərinin Uvanov şəhərində bələdiyyə işçiləri tərəfindən ətrafdakı əkin sahələrinə elektrik xəttinin çəkilməsi üçün aparılan qazıntılar zamanı yerin bir yarım metr altından ikinci Dünya Müharibəsindən qalma döyüş sursatları tapılıb.

KAİM.az bildirir ki, işçilərin xəbəri ilə hadisə yerinə gələn Cənubi Moraviya polisi təhlükəsizlik məqsədi ilə ətrafdakı evləri boşaldıb, bomba zərərsizləşdirmə qrupları işə başlayıb.

Qazıntılar zamanı 92 alman tank əleyhinə “Panzerfaust” silahı, həmçinin 2000-dən çox almaniya və macarıstana aid əl qumbarası tapılıb.

Loading...
Yazının davamı reklamdan sonra

“Qazıntı işləri davam edir. Bölgədə mövcud olan bütün sursatlar tapılıb. Silahların sayı sayı çox güman ki, artacaq və təhlükəsiz zonaya daşınaraq məhv ediləcək”, – deyə bəyanatda deyilir.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button