Zelenskidən ETİRAF: “Rusiya 570 səhiyyə müəssisəsini MƏHV ETDİ”

Ukrayna prezidenti Volodimir Zelenski Beynəlxalq Tibb Bacıları Günündə peşə nümayəndələrinə dövlət mükafatları verib.
KAİM.az bildirir ki, Zelenski bu haqda xalqa müraciətində məlumat verib.
“Bu gün mən düşmən atəşi altında və işğal zamanı insanları xilas etməyə davam edən bu peşənin nümayəndələrini dövlət mükafatları ilə təltif etmək şərəfinə nail oldum”, – deyə o bildirib.
Ukrayna hökümət başçısı fevralın 24-dən bu yana davam edən qarşıdurma zamanı rus qoşunlarının 570 səhiyyə müəssisəsini, 101 xəstəxananı tamamilə dağıddığını qeyd edib və bunu barbarlıq, həmçinin Rusiyanın özünü məhv etməsi kimi qiymətləndirib.
“Biz müharibədən əvvəl tibbin və bütün sosial infrastrukturun inkişafına sərmayə qoymuşuq və müharibədən sonra da bunu davam etdirəcəyik. Gecə saatlarında Çerniqov vilayətində və Poltava vilayətində Kremençukada məktəblərə hücumlar olub, ancaq işğalçılar bizi dayandıracaqlarına ümid etməməlidirlər. Rusiyanın strateji məğlubiyyəti artıq dünyada hər kəsə, hətta hələ də onların tərəfində olanlara aydındır, lakin Rusiyanın bunu qəbul etməyə cəsarəti çatmır”, – deyə o vurğulayıb.
Sadiq İsmayılov