Top.Mail.Ru

ÖZƏL

İranda ərzaq qiymətlərinin artmasına SƏRT ETİRAZ: İnsanlar küçələrə AXIŞDI, 22 nəfər HƏBS EDİLDİ

İranın cənubunda bir çox əyalətlərdə ərzaq qiymətlərinin yüksək olması səbəbindən nümayişlər keçirilib.

KAİM.az bildirir ki, İranın Xuzistan, Luristan, Çaharmahal və Bəxtiyari, Kohgiluye və Buyer Əhməd əyalətlərində keçirilən etiraz aksiyaları zamanı nümayişçilər təhlükəsizlik qüvvələri ilə toqquşub.

Xuzistan vilayətinin Andimeşk şəhərində 15, Buyer Əhməd vilayətinin Kohgiluye və Yasuc şəhərlərində keçirilən nümayişlərdə isə 7 şəxs həbs edilib. Əndimeş şəhərində təxminən 200 nəfərin iştirak etdiyi nümayişlər zamanı bir yanğınsöndürənin yaralandığı açıqlanıb.

Loading...
Yazının davamı reklamdan sonra

Xuzistan əyalətindəki etirazlar zamanı bəzi bazarları qarət edən nümayişçilər İran İnqilab Keşikçiləri Ordusunun Əsas Təşkilatına aid məscidi də yandırıblar. Onlar yolları bağlayaraq, təkərləri və ağacları yandıraraq, hökumətin əsas ərzaq tədarükü üçün subsidiyaları ləğv etməsinə reaksiya verərək, qiymət artımlarının geri qaytarılmasını tələb ediblər.

Vurğulayaq ki, İranda hökumətin ərzaq tədarükü üçün subsidiyaları ləğv etməsi əsas ərzaq məhsullarının qiymətlərinin qalxmasına səbəb olub. Ərzaq məhsullarında 30 faizlik artımdan sonra hökumət un, yağ, makaron, şəkər və buğdadan başqa heç bir ərzaq məhsulunda qiymət artımının olmayacağını açıqlayıb.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button