ÖZƏL
Şolz və Putin arasında görüş BAŞ TUTUB – Almaniya kansleri Rusiyanı atəşkəsə ÇAĞIRIB

Bu gün Almaniya kansleri Olaf Şolz ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
KAİM.az bildirir ki, Almaniya hökumət sözçünün açıqlamasına görə, 75 dəqiqə davam edən görüşdə Şolz Putinə növbəti dəfə atəşkəs çağırışı edib.
Qeyd edilib ki, görüş zamanı Ukraynada humanitar şəraitin yaxşılaşdırılması və münaqişənin diplomatik həllini təmin etmək üçün ən qısa zamanda atəşkəs elan edilməli olduğu vurğulanıb.
Loading...
Yazının davamı reklamdan sonra
Almaniya kansleri həmçinin Putinə Rusiyanın qlobal ərzaq təchizatında məsuliyyətini xatırladıb.
Sadiq İsmayılov