Top.Mail.Ru

ÖZƏL

RƏSMİ: Rusiya əsgəri müharibə cinayətlərinə görə MÜHAKİMƏ OLUNUR, ömürlük həbs… – FOTO

İlk dəfə olaraq bir rus əsgəri Ukraynada hərbi cinayətlərə görə mühakimə olunub.

KAİM.az bildirir ki, Ukraynanın Sumi vilayətində velosiped sürən mülki vətəndaşı güllələyib öldürməkdə ittiham olunan 21 yaşlı Vadim Şişimarin Kiyevdə hərbi cinayətlərə görə mühakimə olunan ilk Rusiya vətəndaşı olub.

Belə ki, Kiyevdə məhkəmə zalında şüşə arakəsmədə oturan rus əsgərinin ilk iclası jurnalistlərin axınının şahidi olub.

Loading...
Yazının davamı reklamdan sonra

Bildirilir ki, Rusiya tank bölməsində döyüşən Şişimarin fevralın 28-də Suminin Çupaxivka kəndində velosiped sürən silahsız 62 yaşlı kişiyə atəş açıb.

Ukraynanın baş prokuroru İrina Venicetova rus əsgərin ən azı 10-15 il, hətta ömürlük həbs cəzası alacağını gözlədiklərini bildirib.

Vurğulayaq ki, Ukrayna hökuməti Rusiyanın keçən ay Kiyev ətrafından geri çəkilməsindən sonra Buça və İrpində mülki qırğınlara görə Rusiyanın beynəlxalq məhkəmələrdə mühakimə olunması üçün təşəbbüslər irəli sürüb.

İndiyə qədər Rusiya ordusunun törətdiyi 10 mindən çox mümkün hərbi cinayəti müəyyən edilib.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button