Top.Mail.Ru

ÖZƏL

Putin təhlükəsizlik şurası ilə GÖRÜŞDÜ: Finlandiya və İsveç NATO-ya üzv OLA BİLƏCƏK?

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası ilə Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mümkün qərarını müzakirə edib.

KAİM.az bildirir ki, bu haqda “RİA” xəbər agentliyi məlumat yayıb.

Finlandiya prezidenti Sauli Niinisto və baş nazir Sanna Marin dünən bildiriblər ki, Finlandiya NATO-ya üzv olmaq üçün ərizəsini vaxt itirmədən təqdim etməlidir.

Loading...
Yazının davamı reklamdan sonra

Bununla yanaşı, Kremlin sözçüsü Dmitri Peskov Finlandiyanın NATO-ya daxil olmasının Rusiya üçün təhlükə olduğunu və Finlandiyanın proporsional şəkildə cavab verəcəyini bildirib.

Vurğulayaq ki, Rusiya ilə 1300 km uzunluğunda quru sərhədi olan Finlandiya 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra NATO ilə əməkdaşlığını tədricən artırıb.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button