ÖZƏL
Rusiyadan SƏRT REAKSİYA: “Finlandiyanın NATO təşəbbüsü hərbi gərginliyi YÜKSƏLDƏCƏK”

İsveç və Finlandiyanın NATO-ya üzv olmaq təşəbbüslərinə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov sərt reaksiya göstərib.
KAİM.az xarici mənbələrə istinadən bildirir ki, müavin açıqlamasında vəziyyətin gərginləşəcəyini söyləyib:
“İsveç və Finlandiyanın bu addımları çox böyük səhvdir. Bu qərar nəticəsində hər iki ölkənin təhlükəsizliyinə xələl gələcəyi bizə aydındır. Bu qərara sadə reaksiya verəcəyimizi düşünməyin. Bu gedişlə hərbi gərginliyin səviyyəsi yüksələcək”, – deyə o, bildirib.
Loading...
Yazının davamı reklamdan sonra
Vurğulayaq ki,Finlandiya prezidenti Sauli Niinistö və baş naziri Sanna Marin ötən cümə axşamı birgə bəyanatda bildiriblər ki, NATO-ya üzvlük ölkənin təhlükəsizliyini gücləndirəcək.
Sadiq İsmayılov