Top.Mail.Ru

ÖZƏL

Rusiyanın xəbərdarlıqları NƏTİCƏSİZ QALDI: Finlandiyanın ardınca İsveç də NATO-ya MÜRACİƏT EDİR

Finlandiya dünən rəsmi olaraq NATO-ya müraciət etməsinin ardından oxşar addım bu gün İsveçdən atılıb.

KAİM.az bildirir ki, İsveçin baş naziri Maqdalena Andersson və ana müxalifət partiyasının lideri Ulf Kristersson birgə mətbuat konfransında NATO-ya müraciət etmək qərarına gəldiklərini açıqlayıblar.

Anderson ölkəsinin qonşu Finlandiya ilə yanaşı hərəkət etdiyini bildirib və NATO-ya üzvlüyün bir ildən az müddətdə tamamlanacağını gözlədiklərini də açıqlayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Vurğulayaq ki, sözügedən qərara ilk reaksiya Danimarka və Norveçdən gəlib. İki ölkə liderləri də İsveçin NATO qərarını dəstəklədiklərini bəyan ediblər. Həmçinin, İslandiya hökümətinin rəsmiləri də qərardan məmnunluqlarını ifadə ediblər.

Əlavə edək ki, Fransa prezidenti Emmanuel Makron da oxşar ifadələrlə çıxış edib.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button