Top.Mail.Ru

ÖZƏL

Ukraynalı vətəndaşı öldürən rus əsgəri günahını ETİRAF ETDİ: Onu ömürlük həbs GÖZLƏYİR?

Ukraynada hərbi cinayətlərə görə mühakimə olunan ilk rus əsgəri məhkəmədə günahını etiraf edib.

KAİM.az bildirir ki, fevralın 28-də Suminin Çupaxivka kəndində velosiped sürən 62 yaşlı silahsız kişini güllələyib öldürməkdə ittiham olunan 21 yaşlı rus əsgəri Vadim Şişimarinin məhkəməsi ötən həftə Kiyevdə başlayıb.

Bu gün güclü təhlükəsizlik tədbirləri altında məhkəmə zalına gətirilən Şişimarinin gərgin görünməsi və başını aşağı salaraq peşmancasına danışılanları dinləməsi diqqətçəkən məqam olub.

Loading...
Yazının davamı reklamdan sonra

Hakimin “Cinayəti qəbul edirsən?” sualına rus əsgəri “Bəli” cavabını verib.

Şişimarin bu etirafına görə, ömürlük həbslə üzləşə bilər.

Əlavə edək ki,  öldürülən şəxsin həyat yoldaşı məhkəmədə göz yaşlarına hakim ola bilməyib.

Vurğulayaq ki, Ukrayna hökuməti Rusiyanın keçən ay Kiyev ətrafından geri çəkilməsindən sonra Buça və İrpində mülki qırğınlarla bağlı Rusiyanın beynəlxalq məhkəmələrdə mühakimə olunması üçün təşəbbüs göstərib.

Rəsmi Kiyev bildirib ki, Rusiya ordusunun törətdiyi 10 mindən çox mümkün hərbi cinayət müəyyən edilib.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button