Top.Mail.Ru

ÖZƏL

Rusiyanın cavab tədbirləri DAVAM EDİR: 85 diplomat ölkədən ÇIXARILACAQ

Rusiya Xarici İşlər Nazirliyi 34 fransız, 27 ispan və 24 italyan diplomatın ölkədən çıxarılacağını açıqlayıb.

KAİM.az bildirir ki, bu qərara səbəb sözügedən üç ölkənin rus diplomatlarını ölkədən çıxarmasıdır.

Bəhsikeçən qərar Avropa ölkələrində reaksiyaya səbəb olub.

Loading...
Yazının davamı reklamdan sonra

Belə ki, İtaliyanın baş naziri Mario Draghi atılan addımı düşmən hərəkəti kimi qiymətləndirib. Həmçinin, Fransa Xarici İşlər Nazirliyi də Rusiyanın qərarını pislədiklərini açıqlayıb.

Vurğulayaq ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra bir çox Avropa ölkəsi 300-dən çox rus diplomatını ölkədən çıxarıb.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button