Top.Mail.Ru

ÖZƏL

Zelenski Kann Film Festivalından dünyaya SƏSLƏNDİ: “Nifrət yox OLACAQ, diktatorlar ÖLƏCƏK”

Dünən Fransada keçirilən 75-ci Kann Film Festivalının açılış mərasimi Ukrayna prezidenti Vladimir Zelenskinin çıxışı ilə yadda qalıb.

KAİM.az bildirir ki, videokonfrans vasitəsilə əvvəlcədən elan olunmayan mərasimdə sürpriz çıxış edən Zelenski “Nifrət yox olacaq və diktatorlar öləcək” şüarı ilə çıxış edib.

Ukrayna hökümət başçısı əfsanəvi usta komediya aktyoru Çarli Çaplinin nasist lideri Adolf Hitleri ələ saldığı məşhur “Böyük diktator” filminə istinad edərək, kino ilə reallıq arasındakı əlaqəyə toxunub.

Loading...
Yazının davamı reklamdan sonra

BVurğulayaq ki, bu il Kann Film Festivalında bir çox ukraynalı rejissorun filmləri də nümayiş olunacaq. Belə ki, ötən ay Ukraynanın Mariupol şəhərində Rusiyanın bombardmanı nəticəsində həyatını itirən rejissor Mantas Kvedaraviçiusun “Mariupolis 2” sənədli filminin xüsusi nümayişi keçiriləcək.

Əlavə edək ki, Festival təşkilatçıları Rusiya hökuməti ilə əlaqəsi olan şəxsləri festivala buraxmayıblar.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button