Top.Mail.Ru

ÖZƏL

Rusiya Ukraynadakı məqsədlərinə ÇATA BİLMƏYƏCƏK – STOLTENBERQ

NATO-nun baş katibi Yens Stoltenberq Finlandiya və İsveçin NATO-ya üzvlükləri ilə bağlı Türkiyə rəsmiləri ilə dialoq apardığını bildirib.

KAİM.az bildirir ki, Stoltenberq Türkiyənin dilə gətirdiyi problemləri müzakirə etdiklərini söyləyib.

O, bu məsələdə fikir ayrılıqlarının olmasının normal hal olduğunu, ancaq bu amillərə baxmayaraq həll yolunu tapacaqlarına inandığını qeyd edib.

Loading...
Yazının davamı reklamdan sonra

Stoltenberq əlavə edib ki, Finlandiya və İsveçin NATO-ya qəbulla bağlı tez bir zamanda qərar qəbul ediləcək.

Bununla yanaşı, baş katib Ukrayna müharibəsinin uzun müddət davam edə biləcəyini, həmçinin Rusiyanın müharibədə strateji məqsədlərinə nail ola bilməyəcəyini iddia edib.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button