Top.Mail.Ru

ÖZƏL

Sahil Babayev və “auditor”ları daha bir vətəndaşı qeyri-qanuni CƏRİMƏLƏDİ – ŞİKAYƏT

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəhbəri və bəzi əməkdaşları Azərbaycan xalqını sosial təminatlardan məhrum etmə prosesini uğurla həyata keçirməkdə davam edirlər.

Daha bir vətəndaşın ölkə başçısı cənab İlham Əliyevə və Baş prokuror cənab Kamran Əliyevə ünvanladığı şikayət ərizəsini təqdim edirik.

 

Loading...
Yazının davamı reklamdan sonra

***

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
Yardımlı rayonu, Bozayran kənd sakini Sadiyev Ataş Sadi oğlu tərəfindən

Ə r i z ə

Hörmətli, cənab Prezident İlham Əliyev!
Hörmətli, Baş prokuror Kamran Əliyev!

Bildirirəm ki, Qarabağ Müharibəsi Veteranıyam, 2-ci qrup əliləm. 2010-cu ildən Qarabağ Müharibə Veteranları üçün təsis edilmiş müavinəti almışam. 2013-cü ilin aprel ayında xəstəliyimlə əlaqədar dövlət qulluğuna görə pensiyaya çıxmışam. 2014-cü ilin aprel ayında isə mənə ödənilən Müharibə Veteranı müavinəti dayandırılmışdır.

Dayandırılması barədə verdiyim sorğuya cavab olaraq mənə bildirilmişdir ki, həmin müavinət aldığım dövlət qulluğuna görə pensiyama əlavə edilmişdir. 2014-cü ilin aprel ayından 2019-cu ilin aprel ayınadək mən Müharibə Veteranlığı ilə əlaqədar heç bir müavinət almamışam. Bu barədə “Kapital Bank” tərəfindən Ödəniş kartı üzrə çıxarışı əlavə edirəm.

Cənab prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli 641 saylı fərmanı ilə Müharibə Veteranlarına Azərbaycan Pespublikası Prezidentinin təqaüdü təsis edildikdən sonra mən də bu təqaüdü alıram.

2021-ci ilin dekabr ayında ƏƏSMN-nin auditorları ƏƏSMN-nin Yardımlı rayonunda şöbəsində apardıqları audit yoxlaması zamanı heç bir araşdırma, dəqiqləşdirmə, bank hesabı ilə üzləşmə aparmadan müəyyən etmişlər ki, guya 2013-cü ilin aprel ayından 2019-cu ilin aprel ayınadək 3000 (üç min) manatdan yuxarı büdcə vəsaiti qeyri-qanuni olaraq mənə ödənilmişdir. Sahil Babayevin auditorları bankdan sorğu edərək mənim nə qədər müavinət aldığımı və hansı dövrlər üçün aldığımı dəqiqləşdirməyiblər.

Aparılmış bu üz qarası auditin yekunu olaraq Sahil Babayev almadığım, üzünü belə görmədiyim 3000-dən artıq vəsaitin aldığım pensiyadan hissə-hissə tutulmasına sərəncam vermiş və artıq 2022-ci ilin may ayından həmin vəsaitin bir qismi pensiyamdan tutulmuşdur .

Hörmətli Prezident! Bildirirəm ki, mən 2013-cü ilin aprel ayından 2014-cü ilin aprel ayınadək cəmi 523 manat ( beş yüz iyirmi üç) müavinət almışam. Bu müavinəti aldığım zaman onun qeyri-qanuni olduğundan xəbərim olmayıb, ƏƏSMN-ə heç bir saxta sənəd, arayış təqdim etməmişəm. Vəsait mənə bu sahədə çalışan vəzifəli şəxslərin günahı ucbatından ödənilib. Lakin Sahil Babayevin səlahiyyətliləri 523 manatı 3000 manatdan yuxarı qaldıraraq məndən tələb edirlər.

Hörmətli Prezident! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi vacib və əhəmiyyətli bir nazirliyə Sizin etimad edib təyin etdiyiniz Sahil Babayev nazirliyi özünün şəxsi kommersiya şirkəti kimi idarə etməklə etibarınızı doğrultmamaqla yanaşı, vətəndaşla dövlət arasında uçurum yaradır. Sahil Babayev vətəndaşların sosial təminatı ilə məşğul olmaq əvəzinə vətəndaşları sosial təminatdan məhrum etməklə məşğuldur.

Hörmətli Prezident cənab İlham Əliyev, hörmətli baş prokuror cənab Kamran Əliyev! Sizdən xahiş edirəm ki, Sahil Babayevin və onun “auditor”larının qeyri-qanuni olaraq mənim pensiyamdan hissə-hissə çıxılacaq 3000 manat vəsaitin mənim üzərimdən götürülməsi, bu auditi aparmış “auditor”ların cəzalandırılması barədə tədbirlər görəsiniz.

İnaniram ki mənim bu müraciətim cavabsız qalmayacaq, qanuni tələblərim yerinə yetiriləcək.

İmza: Sadiyev Ataş Sadi oğlu.

19.05.2022

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button