ÖZƏL
ABŞ-da növbəti silahlı HÜCUM: 2 nəfər ÖLÜB, 10 nəfər YARALANIB

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində dünən axşam saatlarında silahlı hücum baş verib.
KAİM.az bildirir ki, bu haqda Çikaqo polis idarəsinin sözçüsü Tom Ahern məlumat verib.
Onun sözlərinə görə, sözügedən hücum nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Loading...
Yazının davamı reklamdan sonra
Ahern hadisə yerində silah ələ keçirildiyini, həmçinin bir şübhəlinin də nəzarətə alındığını qeyd edib.
Vurğulayaq ki, bəhsikeçən hadisə ilə bağlı araşdırmalar davam edir.
Sadiq İsmayılov