ÖZƏL
Almaniyada İslama yönəlik növbəti ÇİRKİN HADİSƏ: Məscidə HÜCUM EDİLDİ

Almaniyada İslam dininə yönəlik irqçi hücumlar davam edir.
KAİM.az bildirir ki, Almaniyanın Hessen əyalətinin Kassel şəhərində Avropa Türk-İslam Birliyinin nəzdində fəaliyyət göstərən “Əhməd Yəsəvi” məscidinə naməlum şəxslər hücum edib.
Səhər saatlarında məscidin divarlarının rəngləndiyini görən məscid rəsmiləri təhlükəsizlik kameralarına baxış keçirdikdən sonra görüntüləri polisə təhvil verib.
Loading...
Yazının davamı reklamdan sonra
Vurğulayaq ki, sözügedən hadisəni törədənlərin tutulmasını istəyən Türkiyə vətəndaşları terror təşkilatı PKK-nın əvvəllər də Kassel şəhərində məscidlərə və türk təşkilatlarına hücum etdiyini bildirərək, hücumların bitməsini istədiklərini bildiriblər.
Sadiq İsmayılov