ÖZƏL
Fransadan təqdirəlayiq ADDIM: Polşadakı xəstə Ukraynalılar müalicə üçün TƏXLİYYƏ EDİLİR

Fransa Polşada müalicə olunan ukraynalıların təxliyyəsinə başlayıb.
KAİM.az bildirir ki, bu haqda Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, xərçəng xəstəliyindən müalicə olunan ukraynalı uşaq və yaralıların Fransaya gətirilməsi üçün tibbi təxliyə uçuşu başladılıb.
Loading...
Yazının davamı reklamdan sonra
Bununla yanaşı, nazirlik Rusiya-Ukrayna müharibəsində yaralanan 7 ukraynalı və xərçəng xəstəliyinə tutulmuş 3 ukraynalı uşağın bu gün təxliyə edildiyini açıqlayıb:
“Fransa Rusiya ordusunun hücumlarından zərər çəkən Ukrayna xalqına dəstək verməkdə qərarlıdır. Fransaya təxliyə edilən xəstələrin ölkədəki müxtəlif səhiyyə müəssisələrində müalicə olunacaqlar və onların xərcləri bizlər tərəfindən ödəniləcək”, – deyə bəyanatda deyilir.
Sadiq İsmayılov