Top.Mail.Ru

ÖZƏL

Türkiyədən Yunanıstana SƏRT REAKSİYA: “Hava məkanımızı POZDULAR, lazımi cavabı VERDİK”

“Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri 16 may 2022-ci ildə Gökçeadanın qərbində və 17 may 2022-ci ildə Enezin qərbində hava məkanımızı pozdu. Hərbi Hava Qüvvələrimiz 18 may 2022-ci il tarixində bu təxribat xarakterli pozuntulara qarşılıq və döyüş qaydalarına uyğun olaraq lazımi cavabı verib”.

KAİM.az bildirir ki, bu sözləri  Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiç Yunanıstanın ölkəsinin hava məkanını pozduğuna dair iddialarla bağlı danışarkən söyləyib.

Bəyanatda həmçinin deyilir:

Loading...
Yazının davamı reklamdan sonra

* Yunanıstan özünün təxribatçı hərəkətləri ilə başladığı gərginlikdən istifadə edərək növbəti dəfə beynəlxalq ictimaiyyətin ölkəmizə qarşı təsəvvürünü mənfi yöndə formalaşdırmağa çalışır.

* Bu kontekstdə Yunanıstan Xarici İşlər Nazirliyinin 20 may tarixli bəyanatında ölkəmizə qarşı irəli sürülən əsassız iddiaları və ittihamları tamamilə rədd edir və Yunanıstanın hava məkanımıza qarşı pozuntularını şiddətlə qınayırıq.

* Bu cür hadisələrin bir daha təkrarlanmaması üçün Yunanıstan Egeydəki təxribatçı hərəkətlərinə son qoymalı və bir ildir ki, iclaslarına qatılmaqdan çəkindiyi həm ikitərəfli, həm də NATO daxilində Etimad Tədbirləri prosesinə ciddi yanaşmalıdır.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button