Top.Mail.Ru
ÖZƏL

Ərdoğan İsveç və Finlandiya rəsmiləri ilə GÖRÜŞDÜ – TƏFƏRRÜATLAR

Türkiyə Ppezident Rəcəb Tayyib Ərdoğan bu gün İsveçin baş naziri Maqdalena Andersson və Finlandiya prezidenti Sauli Niinistö ilə telefon danışığı aparıb.

KAİM.az xəbər verir ki, bəhsikeçən görüşdə Ərdoğan İsveç Baş nazirinə Türkiyənin NATO-nun açıq qapı siyasətini hər zaman dəstəklədiyini bildirib.

O, həmçinin həmrəyliyin həm NATO-ya üzv dövlətlərin, həm də kollektiv təhlükəsizliyin təməl dəyər olduğuna diqqət çəkib.

Türkiyə hökümət başçısı ölkəsinin uzun müddətdir İsveçin terror təşkilatı PKK/YPG/PYD-nin nəzarəti altında olan şəxslər və sözdə təşkilatlarla təmaslarından narahat olduğunu ifadə edib.

Bununla yanaşı, Ərdoğan İsveç baş nazirindən terror təşkilatlarına verdiyi dəstəyi geri götürməsini xahiş edib.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button