Top.Mail.Ru

ÖZƏL

ABŞ Tayvanı MÜDAFİƏ EDİR – Bayden Çin ilə müharibəyə hazır olduğunu AÇIQLADI

ABŞ Tayvanı işğaldan qorumaq üçün Çin ilə hərbi münaqişəyə girməyə hazırdır.

KAİM.az xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida ilə Tokioda keçirdiyi birgə mətbuat konfransında ABŞ prezidenti Co Bayden deyib.

Jurnalistin sualına cavab verən Amerika lideri sözlərini belə izah edib:

Loading...
Yazının davamı reklamdan sonra

“Bu ABŞ-ın öhdəliyidir. Biz Tayvan boğazında sülh və əmin-amanlığı qorumaq barədə verdiyimiz sözə sadiqik. Status-kvonun birtərəfli qaydada dəyişdirilməməsi üçün əlimizdən gələni etmək niyyətindəyik”.

Qeyd edək ki, ötən həftə Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Xarici Əlaqələr Komissiyası ofisinin rəhbəri Yang Jiechi ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə telefon danışığında Vaşinqtonun son vaxtlar bir sıra səhv bəyanatlar verdiyini və Çin hökumətinin narahatlıqlarını nəzərə çatdırıb. O, ABŞ-ı öhdəliklərə və vahid Çin prinsipinə əməl etməyə çağırıb.

Xatırladaq ki, ÇXR mərkəzi hökuməti ilə Tayvan arasında rəsmi əlaqələr 1949-cu ildə pozulub. O vaxtdan bu günə qədər Çin hökuməti Tayvan ilə münasibət quran ölkələrə aqressiya ilə yanaşır və vahid Çin siyasətinə uyğun addımlar atır.

Sözügedən siyasətin prinsiplərinə görə, Tayvan Çinin ayrılmaz ərazi vahididir və ÇXR hakimiyyətinin yeganə qanuni idarəetmə sistemi Çin hökumətidir.

Kənan Bahadır

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button