Top.Mail.Ru

ÖZƏL

Yunanıstanda tibbi maska ilə bağlı QƏRAR VERİLDİ – TƏFƏRRÜATLAR

Yunanıstanda 1 iyundan etibarən ictimai yerlərdə maskadan istifadə məcburi olmayacaq.

KAİM.az bildirir ki, bu haqda Yunanıstanın Səhiyyə Nazirliyinin Covid-19 ilə Mübarizə və İcma Sağlamlığının Mühafizəsi Komitəsi məlumat yayıb.

Açıqlamada Sözügedən qərarın xəstəxanalar, qocalar evləri və ictimai nəqliyyat vasitələrində tətbiq edilməyəcəyi və maskadan istifadənin davam etdiriləcəyi qeyd edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Bununla yanaşı, şəhərlərarası sərnişin avtobuslarında, gəmilərdə və təyyarələrdə maskadan istifadə ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Yunanıstanın Səhiyyə Naziri Thanos Plevris ölkə  televiziyasında təyyarələrdə maska ​​istifadəsinin necə olacağı ilə bağlı açıqlama verib:

“Avropa Komissiyasının açıqlamalarında təyyarələrdə də maska ​​tələbinin qaldırılması ilə bağlı təkliflər var. Biz bu tövsiyələrə əməl edəcəyik”, – deyə o, bildirib.

Sadiq İsmayılov

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button