Top.Mail.Ru

ÖZƏL

Çindən ABŞ-ın Tayvan təhdidinə ETİRAZ – 1,4 mİlyard çinlinin iradəsinə qarşı ÇIXILMAMALIDIR

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Bayden Yponiyanın baş naziri ilə Tokioda keçirilən birgə mətbuat konfransı zamanı Çini hədələyib. Amerikalı lider ABŞ ordusunun ÇXR-nin Tayvana mümkün işğal hücumlarına hərbi müdaxilə edəcəklərini deyib.

KAİM.az-ın məlumatına görə, mövzu ilə bağlı Pekin administrasiyasından Co Baydenin sözlərinə reaksiya verilib.

Belə ki, Çin XİN-in sözçüsü Vanq Vinb Baydenin ifadələrini qınadıqlarını və rədd etdiklərini ifadə edib.

Loading...
Yazının davamı reklamdan sonra

“ABŞ Çin xalqının suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmini yalnış qiymətləndirməməlidir”, – deyə Vinb qeyd edib.

O, Çinin suverenlik və ərazi bütövlüyü kimi fundamental maraqlarına aid məsələlərdə güzəştə getməyəcəyini vurğulayıb.

“Tayvan Çinin ayrılmaz hissəsidir və tamamilə Çinin daxili işidir, istənilən xarici müdaxilə qəbuledilməzdir. ABŞ 1,4 milyard çinlinin iradəsinə qarşı çıxmamalıdır”, – XİN sözçüsü əlavə edib.

Vanq Vinb Çinin təhlükəsizlik maraqlarını təmin etmək üçün lazımi addımları atacağını deyib:

“ABŞ-ı vahid Çin siyasətinə, üç ABŞ-Çin ortaq bəyannaməsinə və öz öhdəliklərinə əməl etməyə çağırırıq – Tayvanın müstəqilliyini tanımaq və Tayvandakı separatçı qüvvələri dəstəkləməmək öhdəliyi. Biz insanlara yalan mesajlar verərilməsinə və ikitərəfli münasibətlərə xələl gətirilməsinə qarşıyıq”, – siyasətçi bildirib.

Vanq Vinb sözlərinin davamında ABŞ-ın Avropa siyasətini qınayaraq deyib ki, Birləşmiş Ştatların çaşdırıcı strategiyası Avropanı məhvə doğru aparsa da, Asiya ölkələrində soyuq savaş və yeni cəbhələrin açılması üçün qurulan tələlər fayda verməyəcək.

Kənan Bahadır

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button