Top.Mail.Ru

ÖZƏL

Ərdoğan Makronla GÖRÜŞÜB: İsveç və Finlandiyanın terror təşkilatı iə olan…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

KAİM.az bildirir ki, bu haqda Türkiyə Kommunikasiyalar Müdirliyi məlumat yayıb.

Qeyd edilir ki, sözügedən görüşdə Türkiyə-Fransa münasibətləri ilə yanaşı, Ukrayna-Rusiya müharibəsi, İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti və regional məsələlər müzakirə edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Prezident Ərdoğan görüşdə Rusiya ilə Ukrayna arasında ədalətli sülhün bir an əvvəl əldə olunmasını istədiklərini və bu istiqamətdə iki ölkəni dialoq və diplomatiya yolunda təşviq etməyə davam etdiklərini bildirib.

Türkiyə hökümət başçısı həmçinin, İsveç və Finlandiyanın terror təşkilatı PKK/YPG-nin nəzarətində olan şəxslər və sözdə təşkilatlarla təmaslarının NATO çətiri altında ittifaq ruhuna uyğun gəlməyəcəyini vurğulayıb.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button