Top.Mail.Ru

ÖZƏL

Rus əsgərlər Ukraynada törətdikləri cinayətləri ETİRAF ETDİLƏR – TƏFƏRRÜATLAR

Ukraynada hərbi cinayətlər törətməkdə ittiham olunan rus əsgərlərinin məhkəmə prosesi davam edir.

KAİM.az bildirir ki, Ukraynanın Xarkov şəhərini bombalamaq iddiası ilə Poltava vilayətinin Kotelevski Məhkəməsində mühakimə olunan iki rus əsgəri Aleksandr Bobukin və Aleksandr İvanov məhkəmə tərəfindən təqsirli bilinib.

Belə ki, fevralın 24-dən bəri Rusiyanın Belqorod vilayətindən Ukraynanın Xarkov vilayətinə artilleriya hücumu həyata keçirməkdə ittiham olunan rus hərbçiləri ilk məhkəmə iclasında Xarkovu hədəf alan artilleriya bölməsinin tərkibində olduqlarını etiraf ediblər.

Loading...
Yazının davamı reklamdan sonra

Məhkəmənin yayımladığı bəyanatda qeyd edib ki, sözügedən əsgərlər Xarkov vilayətindəki Kazacha Lopan və Veterynrne şəhərlərində mülki və kritik infrastruktura, o cümlədən şəxsi evlərə ziyan vurublar.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button