Rusiya Xarkovu yenidən BOMBALADI, 5 aylıq körpə ÖLDÜRÜLDÜ – ZELENSKİ

Ukrayna prezidenti Volodimir Zelenski xalqa gündəlik müraciətində Rusiyanın Xarkovu yenidən bombaladığını bildirib və təfərrüatları paylaşıb.
KAİM.az bildirir ki, hökümət başçısı Rusiyanın təcavüzkar hücumları nəticəsində 9 nəfərin öldüyünü, 19 nəfərin yaralandığını və onların hamısının mülki vətəndaş olduğunu açıqlayıb.
“Ölənlər arasında 5 aylıq körpə və atası var. Həmçinin, körpənin anası sağdır, ancaq hazırda vəziyyəti çox ağırdır. Hadisə zamanı yaralananlar arasında isə 9 yaşlı qız uşağı da var”, – deyə Zelenski qeyd edib.
Ukrayna dövlət başçısı Rusiyanın Donbasdakı hazırkı hücumlarının bölgəni viran qoya biləcəyini vurğulayıb:
“Rusiya silahlı qüvvələri Popasna, Baxmut, Lyman, Lisiçansk, Severodonetski Volnovaxanı və Mariupolu yerlə-yeksan etmək istəyir”.
Sadiq İsmayılov