Top.Mail.Ru

ÖZƏL

Finlandiyaya ÜZÜCÜ XƏBƏR: Meymun çiçəyi virusu AŞKARLANDI

Finlandiya ölkədə meymun çiçəyi virusuna ilk yoluxma faktını təsdiqləyib.

KAİM.az bildirir ki, Helsinki bölgəsində aşkar edilən şübhəli hadisə ilə bağlı aparılan araşdırmalar xəstənin meymun çiçəyi virusuna yoluxduğunu göstərib.

Avropa başda olmaqla dünyanın 20-dən çox ölkəsində 300-dən çox halda müşahidə edilən yeni meymun çiçəyi virusu epidemiyasının sürətlə yayılması səhiyyə orqanlarını təşvişə salıb.

Loading...
Yazının davamı reklamdan sonra

İlk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında insanlarda görülən virus, son 10 ildə Qərbi Afrikada kəskin şəkildə artıb. Xəstəlik üzdə və bədənin qalan hissəsində dəri səpgiləri ilə özünü göstərir, həmçinin qızdırma və baş ağrısı kimi əlamətlərə səbəb olur.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button