Top.Mail.Ru

ÖZƏL

Çində şiddətli yağış CANLAR ALDI – TƏFƏRRÜATLAR

Çinin cənub-qərbindəki Yunnan əyalətində yerləşən Qiubei bölgəsində güclü yağış yağıb.

KAİM.az bildirir ki, yerli hökumətin verdiyi açıqlamaya görə, sözügedən təbii hadisə 120 mindən çox insana mənfi təsir göstərib, əyalətin rabitə və elektrik infrastrukturuna ciddi ziyan dəyib.

Qeyd edilir ki, əlverişsiz hava şəraiti 27 min ailəni işıqsız qoyub.

Loading...
Yazının davamı reklamdan sonra

Belə ki,  güclü yağış nəticəsində 4 nəfər həyatını itirib, 4 nəfər itkin düşüb, 600-dən çox insan isə təhlükəsiz zonalara köçürülüb,

Bununla yanaşı, 12 min hektardan çox kənd təsərrüfatı sahəsinə ziyan dəyib. İtkin düşmüş insanları tapmaq məqsədiilə yanğınsöndürmə briqadaları və xilasetmə qrupları fəlakət bölgələrinə göndərilib.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button