Top.Mail.Ru

ÖZƏL

Putinlə Zelenski arasında görüş BAŞ TUTMAYACAQ – PESKOV

“Rusiyanın Ukraynada nəzarətə götürdüyü Xerson, Zaporojya və Donbas bölgələrində yaşayan insanlar öz gələcəkləri üçün qərar verməlidirlər”.

KAİM.az bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə verdiyi brifinqdə gündəmdəki məsələləri dəyərləndirərkən deyib.

O, ABŞ prezidenti Co Baydenin Ukraynaya daha təkmil raket sistemləri və döyüş sursatları vermə qərarına toxunub:

Loading...
Yazının davamı reklamdan sonra

“Biz hesab edirik ki, ABŞ-ın silah tədarükü Kiyevin sülh danışıqları yolunu seçməsinə əngəl olur”, – deyə Peskov qeyd edib.

Sözçü Putinlə Zelenski arasında danışıq xarakterli görüş ehtimalının olmadığını söyləyib:

“Ukrayna ilə sülh sazişi üzərində işlər çoxdan dayanıb və bir daha baş tutmayacaq”, – deyə Dmitri Peskov fikirlərini tamamlayıb.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button