Top.Mail.Ru

ÖZƏL

Ukrayna ərazisinin 20 faizi Rusiyanın İŞĞALI ALTINDADIR – ZELENSKİ

“Hazırda Ukrayna ərazisinin 20 faizi Rusiyanın işğalı altındadır”.

KAİM.az bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Lüksemburq parlamentində çıxışı zamanı deyib.

Ukrayna dövlət başçısı ölkəsi ilə Rusiya arasındakı müharibədə düşmən ordusu tərəfindən qaçırılan Ukraynalı uşaqların sayını açıqlayıb:

Loading...
Yazının davamı reklamdan sonra

“Rusiya savaş başlayandan bəri ailəsindən ayrı düşən 200 mindən çox ukraynalı uşağı qaçırıb. Bu, Rusiyanın ən ağır hərbi cinayətlərindən biridir. Rusiya bu uşaqları uzaq ərazilərə aparır. Sözügedən cinayət siyasətinin məqsədi təkcə insanları oğurlamaq deyil, qaçırdıqları şəxslərə Ukraynanı unutdurmaq və onların geri qayıtmasının qarşısını almaqdır”, deyə Zelenski qeyd edib.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button