ÖZƏL
Bayden Ukraynaya növbəti silah yardım paketini TƏSDİQLƏDİ – FOTO

ABŞ prezidenti Co Bayden Ukraynaya inkişaf etmiş raket sistemlərini ehtiva edən yeni silah yardım paketini rəsmi olaraq təsdiqləyib.
KAİM.az bildirir ki, bu barədə Ağ Ev ölkənin aparıcı nəşrlərindən olan “New York Times” qəzetində məqalə dərc edib.
ABŞ hökumət başçısı Ukrayna xalqının Rusiya təcavüzünə qarşı öz ölkələrini və demokratiyalarını inamla müdafiə edərək və cəsarətlə mübarizə apararaq bütün dünyanı ruhlandırmaqda davam etdiyini qeyd edib.
Loading...
Yazının davamı reklamdan sonra
“ABŞ ukraynalı tərəfdaşlarımızın yanında olacaq və özünü müdafiə etmək üçün Ukraynaya silah və avadanlıq verməyə davam edəcək”, – deyə Bayden vurğulayıb.
Sadiq İsmayılov