Top.Mail.Ru

ÖZƏL

Rusiyada DƏHŞƏTLİ YANĞIN – 120 nəfər binada SIXIŞDI, Fövqəladə Hallar Nazirliyi…

Rusiyanın paytaxtı Moskvada “Grand Setun Plaza” adlanan biznes mərkəzində səhər saat 09:31-də yanğın hadisəsi baş verib.

KAİM.az bildirir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, yanğın siqnalından dərhal sonra dövlət qurumuna bağlı olan çoxlu sayda yanğınsöndürən və xilasedicilər bölgəyə göndərilib.

Loading...
Yazının davamı reklamdan sonra

Belə ki, 180 canlı qüvvə və 41 yanğınsöndürən tərəfindən müdaxilə edilən binanın içərisində sıxışan 120 nəfər alovdan xilas edilib.

Xilas edilənlərdən ikisi təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb.

Bununla yanaşı, 10 mərtəbəli biznes mərkəzinin birinci mərtəbəsində başlayan alovdan xilas olmağa çalışan 20-yə yaxın adamın yuxarı mərtəbələrə qaçdığı və təxliyyə işlərinin davam etdiyi açıqlanıb.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button