Top.Mail.Ru

ÖZƏL

Qərb ölkələri bizi günahlandıraraq öz səhvlərini gizlətməyə ÇALIŞIRLAR – PUTİN

“Qərb ölkələri qlobal ərzaq bazarındakı problemlərə görə Rusiyanı günahlandırmaqla öz siyasət səhvlərini ört-basdır etməyə çalışırlar”.

KAİM.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

Putin açıqlamasında Moskvanın Ukrayna limanlarından taxıl ixracına mane olması xəbərini təkzib edib:

Loading...
Yazının davamı reklamdan sonra

“Biz heç kimə mane olmuruq. Ukrayna taxılını Belarus vasitəsilə ixrac etmək olar, amma bunun üçün Belarusa qarşı tətbiq edilən sanksiyalar ləğv edilməlidir”, – deyə o, qeyd edib.

Bununla yanaşı, Rusiya dövlət başçısı İngiltərə və ABŞ-ın Rusiya gübrələrinə tətbiq etdiyi sanksiyalara görə qlobal ərzaq bazarlarında problemlərin daha da ağırlaşdığını ifadə edib.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button