ÖZƏL
Ukrayna ordusu Zelenskini DEVİRƏ BİLƏR – LUKAŞENKO

“Volodimir Zelenski ilə ordu arasında ciddi qarşıdurma başlayıb. Ukrayna prezidentinin öz əsgərlərindən qorxmaq üçün yetəri qədər tutarlı səbəbi var”.
KAİM.az bildirir ki, bu sözləri Rusiyanın Ukraynaya işğal xarakterli müdaxiləsini dəstəkləyən Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Belə ki, o, Ukrayna silahlı qüvvələri ilə Kiyev administrasiyası arasında ciddi fikir ayrılıqları olduğunu və ordunun Zelenskini devirə biləcəyini iddia edib.
Loading...
Yazının davamı reklamdan sonra
Lukaşenko həmçinin, Ukrayna ordusunun Rusiyaya qarşı uzun müddət döyüşə bilməyəcəyini qeyd edib.
Sadiq İsmayılov