Top.Mail.Ru

ÖZƏL

Azərbaycan və İranın xarici işlər nazirləri Türkiyəyə SƏFƏR EDƏCƏK – Yol xəritəsi barədə…

İranın Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyanın sabah Türkiyəyə səfər edəcək.

KAİM.az bildirir ki, Abdullahiyan vəzifəyə gəldiyindən bəri ilk dəfə olaraq Türkiyəyə səyahət edəcək.

Mövzu ilə bağlı agentliyə danışan iranlı yüksək səviyyəli diplomat iki ölkə arasında uzunmüddətli razılaşmalar üzrə danışıqlara başlanıldığını deyib.

Loading...
Yazının davamı reklamdan sonra

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın irəliləyən zamanlarda təşkil ediləcək olan Tehran səfəri zamanı yol xəritəsinin  imzalanacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, xarici işlər naziri Abdullahiyan və türkiyəli həmkarı Mövlud Çavuşoğlu 2021-ci ilin noyabrında Tehranda keçirilən görüşdə iki qonşu ölkə arasında əməkdaşlığı möhkəmləndirəcəyinə inanılan yol xəritəsi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər.

Vurğulayaq ki, bazar ertəsi İstanbulda Türkiyə, Türkmənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Bununla yanaşı, yaxın günlərdə Almaniya, Hollandiya, Şimali Makedoniya və Rusiyadan yüksək səviyyəli diplomatların Türkiyəyə gələcəyi gözlənilir.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button