Top.Mail.Ru

ÖZƏL

Rusiya ordusu Donetsk və Luqansk vilayətlərində mülki insanları ATƏŞƏ TUTDU

Uzun müddətdir ki, Ukrayna ərazisində yerləşən mülki yaşayış məntəqələrinə işğal xarakterli həmlələr təşkil edən Rusiya ordusu bu dəfə də Ukraynanın Donetsk və Luqansk vilayətlərinə hücum edib.

KAİM.az bildirir ki, bu haqda Ukrayna Ordusunun Birgə Qüvvələr Qrupu məlumat yayıb.

“Son 24 saat ərzində Rusiya əsgərləri Donetsk və Luqansk bölgələrində bir çox yaşayış məntəqəsini atəşə tutub. Hücumlarda ən azı 8 mülki vətəndaş həyatını itirib, 4 mülki şəxs isə yaralanıb. Rusiya ordusu 56 mülki yaşayış məntəqəsinə, o cümlədən 40 yaşayış binasına ziyan vurub. Həmçinin, xilasetmə qrupları münaqişə zonalarından 1491 nəfəri təxliyə edib”, – deyə bəyanatda deyilir.

Loading...
Yazının davamı reklamdan sonra

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button