Top.Mail.Ru

ÖZƏL

Kadırov Zelenskini HƏDƏLƏDİ: “Əllərinizi qaldırın və TƏSLİM OLUN, yoxsa ÖLƏCƏKSİNİZ”

“Ukraynalılar tezliklə əsl xüsusi əməliyyatın necə olacağını görəcəklər”.

KAİM.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin sadiq müttəfiqi, Çeçenistan lideri Ramazan Kadırov yayımladığı videoda deyib.

O, Ukraynalıları “şeytan” kimi xarakterizə edib:

Loading...
Yazının davamı reklamdan sonra

“Şeytanlar təkcə ələ keçirdiyimiz şəhərlərdən deyil, bütün Ukraynadan təmizlənəcək. Onlar necə qaçdıqlarını özləri də görəcəklər. Bu məqsədimizi reallaşdırmaq üçün çalışırıq”, – deyə Kadırov qeyd edib.

Çeçenistan lideri həmçinin, yaxın günlərdə döyüş meydanında yeni taktikaları tətbiq edəcəklərini söyləyib.

Kadırov yayımladığı videoda Ukrayna lideri Vladimir Zelenskini də hədəfə alıb.:

“Mən Zelenskiyə sonuncu dəfə xəbərdarlıq edirəm! Əllərinizi qaldırın və təslim olun. Əks halda öləcəksən”, – deyə o, vurğulayıb.

Xatırladaq ki, ötən həftə Kadırov Ukraynanı silahla dəstəklədiyi üçün Polşa hökumətini hərbi hücumlarla hədələyib.

Belə ki, o, 6 saniyə ərzində Polşanı məhv edə biləcəklərini iddia edib.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button