Top.Mail.Ru

ÖZƏL

İsrail qüvvələri Suriyanın paytaxtını VURDU – Bir çox bölgəyə CİDDİ ZİYAN DƏYİB

İsrail döyüş təyyarələri ötən gecə Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən bir əraziyə hava hücumu təşkil ediblər, bir çox bölgəyə ciddi ziyan vurublar.

KAİM.az bildirir ki, bu haqda Suriyanın rəsmi dövlət mediası “SANA” məlumat yayıb.

“İsrail işğal etdiyi Qolan istiqamətindən Dəməşqin cənubundakı bəzi məntəqələri hədəfə alaraq hava hücumları həyata keçirib. Bizim hava hücumundan müdafiə qüvvələrimiz raketlərə cavab verib və onların əksəriyyətini vurub, Hadisə nəticəsində itkimiz yoxdur”, – deyə Suriya ordusunun rəsmisi qeyd edib.

Loading...
Yazının davamı reklamdan sonra

Xatırladaq ki, 2011-ci ildən bəri İsrail silahlı qüvvələri Suriyada İranın dəstəklədiyi qruplara və rejimə aid məntəqələrə hərbi hücumlar təşkil edir.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button