Top.Mail.Ru

ÖZƏL

ABŞ və Cənubi Koreyadan Şimali Koreyaya GÖZ DAĞI – Hər iki ölkə birgə təlimlər KEÇİRİBLƏR

Şimali Koreyanın ötən bazar günü ard-arda 8 qısa mənzilli ballistik raket buraxmasından sonra bölgədə gərginlik artıb, Belə ki, Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri 20 döyüş təyyarəsinin iştirak etdiyi birgə uçuş təlimi həyata keçiriblər.

KAİM.az bildirir ki, bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Cənubi Koreyanın qərb sahillərində təşkil edilən birgə uçuşda F-35A, F-15K və KF-16 olmaqla 16 Cənubi Koreya döyüş təyyarəsi, ABŞ-ın 4 F-16 qırıcısı iştirak edib.

Loading...
Yazının davamı reklamdan sonra

Açıqlamada sözügedən sınağın iki ölkənin Şimali Koreyanın təxribatlarına tez və dəqiq cavab vermək üçün güclü qabiliyyətini və qətiyyətini nümayiş etdirdiyi vurğulanıb.

Xatırladaq ki, Şimali Koreya bazar günü 35 dəqiqə ərzində 8 qısa mənzilli ballistik raket buraxıb. Bu. ölkənin bu il keçirdiyi 18-ci hərbi  sınağı olub.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button