Top.Mail.Ru

ÖZƏL

İsveç və Finlandiya NATO-ya üzvlük üçün Türkiyənin narahatlıqlarını aradan QALDIRMALIDIR – ƏRDOĞAN

İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə veto qoyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

KAİM.az bildirir ki, sözügedən görüş zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətləri müzakirə edilib.

Türkiyə dövlət başçısı hər iki ölkənin NATO-ya üzvlük tələbi ilə bağlı ölkəsinin haqlı narahatlıqlarını aradan qaldırmaq üçün addımlar atmalı olduğunu qeyd edib:

Loading...
Yazının davamı reklamdan sonra

“Türkiyə hökuməti olaraq deyə bilərik ki, bəhsikeçən ölkələr Türkiyənin haqlı gözləntilərinə cavab verən konkret addımlar atmalı, terrorla mübarizə və müdafiə sənayesində paradiqma dəyişikliyinə dair yazılı öhdəliklər verməlidirlər. Əks halda, prosesdə irəliləyiş olmayacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button