Top.Mail.Ru

ÖZƏL

Rusiya, Türkiyə, İran prezidentləri yaxın vaxtlarda görüşə bilər

Suriya üzrə Rusiya-Türkiyə-İran sammiti yayın sonuna qədər və ya ilin sonuna qədər baş tuta bilər.

 

KAİM.az xəbər verir k, bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev RİA Novosti-yə müsahibəsində bildirib.
“Əgər zirvə toplantısı avqustun sonuna qədər keçirilə bilərsə, bu yaxşı iş olacaq. Mən başa düşdüyüm kimi, onu daha gec tarixə – bu ilin sonuna qədər də təxirə salmaq variantı ola bilər”, – Lavrentyev bildirib.
Daha əvvəl İran xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı bildirib ki, İranda COVID-19 ilə bağlı epidemioloji vəziyyət yaxşılaşdığından bu ölkədə üç prezidentin təxirə salınmış təkbətək görüşü ən qısa zamanda keçirilə bilər.
Sonuncu dəfə liderlər 2020-ci ilin iyulunda birlikdə danışıblar, lakin görüş videokonfrans formatında olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button