Top.Mail.Ru

ÖZƏL

RƏSMİ: Ukrayna və Rusiya nümayəndələri arasında GÖRÜŞ BAŞ TUTACAQ

“Ukrayna və Rusiya nümayəndələri arasında avqustun sonunda görüş baş tuta bilər”.

KAİM.az xəbər verir ki bu ifadələr ilə Ukrayna nümayəndə heyətinin rəhbəri David Arakhamia çıxış edib.

O, açıqlamasında Rus əsgərlərinin fevralın 24-dən əvvəl mövqelərinə qayıtması halında Rusiya ilə minimum razılaşmanın edilə biləcəyini, ancaq qarşı tərəfin buna əməl etmədiyini söyləyib:

Loading...
Yazının davamı reklamdan sonra

“İstanbulda təklif edilənə bənzər bir siyasi razılaşma düşünə bilərik. Ukrayna daha öncə də danışıqların tərəfdarı idi. Məsələn, biz Krım məsələsi və bu kimi sıxıntıları hərbi yolla yox, diplomatik yolla həll etmək istədik”, – deyə o, qeyd edib.

Xatırladaq ki, Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak may ayında Rusiya ilə danışıqların tamamilə dayandırıldığını açıqlamışdı.

Bununla yanaşı, Ukrayna prezidenti Volodimir Zelenski iki ölkə arasında danışıqların Rusiyanın tutduğu mövqe səbəbindən uğursuzluqla sonlandığını bildirmişdi.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button