Top.Mail.Ru

ÖZƏL

Zabratda kanalizasiya probleminə görə antisanitar vəziyyət HÖKM SÜRÜR – ŞİKAYƏT

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə…

Hörmətli, cənab Prezident! İllərdir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Əliyev küçəsinin sakinləri kanalizasiya xəttinin olmaması problemi ilə üz-üzədir. Belə ki, içməli suyun küçə boyu bir sıra hissələrdən küçəyə sızması və çirkab sularının axıdılması acınacaqlı şəkildə küçədə antisanitar vəziyyət əmələ gətirir.

Hörmətli cənab Prezident! Mövcud problemlə əlaqədar olaraq müxtəlif zamanlarda bir sıra aidiyyatı qurumlara xüsusən də Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciətlər olunsa da, problem bu günə qədər öz həllini tapmamış, sözügedən nümayəndəliyin rəsmiləri tərəfindən problemin yalnız “Dövlət proqramı” çərçivəsində həll olunması bildirilmişdir.

Loading...
Yazının davamı reklamdan sonra

Hörmətli cənab Prezident! Bəliidir ki, sizin müvafiq sərəncamınıza əsasən 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6 milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb. Xoşagəlməz məqamlardan biri də budur ki, həmin sərəncamınızdan sonra da Zabrat qəsəbəsi, Xavər Əliyev küçəsindəki kanalizasiya sisteminin bərbad durumu öz aktuallığında qalmışdır.

Hörmətli cənab Prezident! Ölkəmizdə aparılan sistemli abadlıq işləri danılmazdır. Bu abadlıq işləri özünü çoxşaxəli şəkildə büruzə verir. Biz də Zabrat qəsəbəsi, Xavər Əliyev küçəsinin sakinləri olaraq inanırıq ki, üzləşdiyimiz bu problem qısa zaman kəsiyində sizin göstərişiniz sayəsində öz həllini yüksək səviyyədə tapacaqdır.

Hörmətlə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Xavər Vəliyev küçəsinin sakinləri:

Əliyev Aslan, Süleymanov Qeybulla, Mikayılov Qabil, Məmmədov Vasif, Əsədov Zaur, Müharibə veteranı Cəbrayılzadə Samir, Abbasova Səidə, Süleymanov Həsən, Novruzov Telman, Seyidov Mail, İmanov Vidadi, Süleymanov Feyruz, Qədirov Qədir, Lətifov Azər, Quliyev Mehman, Əliyev Rövşən, Abbasov Murad, İsmayılov Qalib, Abbasov Hikmət, Muayev Elvin, Vəliyev Mahir, Əliyev Sabir, Əhmədov Azad, Həsənov Eldəniz, Tağıyev Rizvan, Məmmədov Babək, Qurbanov Adil, Heydərova Nahidə, Şirinov Namiq, Əhmədov Sənan, Əhmədov Sarvan , Eyyubov Fikrət, Eyyubov Mustafa, Behbudov Mətləb, Behbudov Hikmət, İsgəndərova Gövhər, Tağıyev Fariz, Osmanov Kənan, Bayramov Tərlan, Orucova Tamara, Sarıyev Rəşid, Baxışov Rüstəm, Ağayeva Təranə, Mustafazadə Fuad, Salmanov Elnur, Vəliyeva Həyat, Məmmədova Ruhiyyə, İsgəndərov Rasim, Cəfərov Emil

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button