Top.Mail.Ru

ÖZƏL

Lukaşenkodan ŞOK AÇIQLAMA: “Qardaş ölkəmiz Rusiya ilə birgə vahid ittifaq dövləti QURURUQ”

“Ukrayna ilə müharibədə rusları dəstəkləyən yeganə ölkə bizik. Hazırda faktiki olaraq Ukraynanın yanında yer alan əlliyə yaxın ölkə var. Məgər bizi qınayanlar bilmirlər ki, Belarus hökumətinin Rusiya ilə sıx müttəfiqliyi var. Belə ki, hətta biz iki müstəqil xalqdan ibarət vahid, güclü, İttifaq dövləti qururuq”.

KAİM.az bildirir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya və Ukrayna arasında baş tutan savaşı dəyərləndirərkən deyib.

O, həmçinin Rusiyanın qardaş ölkə olduğunu dilə gətirib:

Loading...
Yazının davamı reklamdan sonra

“Hər zamankindən daha çox birlikdə olmalıyıq. Bu gün bizi Rusiyaya dəstək olan yeganə ölkə olduğumuz üçün qınayırlar. Bu ittihamlar gülünc və kədərlidir. Biz Rusiyanı daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik”, – deyə Lukaşenko fikirlərimi tamamlayıb.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button