Top.Mail.Ru

ÖZƏL

“Moskva, Brüssel və Vaşinqton Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa hazır deyil” – Paşinyan

“Nə Moskva, nə Brüssel, nə də Vaşinqton Qarabağın müstəqilliyini tanımağa hazırdı, onlar Qarabağı heç Ermənistanın bir hissəsi kimi də tanımağa hazır deyillər”.

KAİM.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində Moskva, Brüssel və Vaşinqtonun Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı təklifinin olduğu barədə suala cavab verərkən deyib.

“Hər kəsin öz paketi olduğunu söyləmək olmaz, amma hər kəsin müəyyən bir fikri var. Əgər mən xalqımızla həqiqətin dilində danışmağa borcluyamsa və həqiqət dilində danışıramsa, o zaman bunları qeyd etməliyəm – hərçənd bunu daha əvvəl, hətta müharibədən öncə deməliydim – adı çəkilən heç bir ölkə (Rusiya, Avropa İttifaqı, ABŞ-red.) Qarabağın müstəqilliyini tanımağa hazır deyil və heç biri Qarabağı Ermənistanın bir hissəsi kimi də tanımağa hazır deyil. Biz bu faktı etiraf etməliyik”, – Paşinyan bildirib.

Həmin ölkələrin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb-tanımadığına gəlincə, Paşinyan deyib ki, onlar beynəlxalq nöqteyi-nəzərdən Qarabağın Azərbaycanın bir hissəsi olduğu barədə bəyanatlar veriblər.

“Və bu bəyanatlar açıq şəkildə səsləndirilib. Məgər bu təzə xəbərdir?”, – Paşinyan fikrini yekunlaşdırıb.

Bənzər yazılar

Back to top button