Top.Mail.Ru

ÖZƏL

Polşadan Almaniyaya NOTA – İkinci dünya muharibəsi zamanı…

Polşa Xarici İşlər Nazirliyi Berlinə diplomatik nota göndərib.

Notada İkinci Dünya müharibəsi zamanı dəymiş zərərin ödənilməsi tələb edilir.

“Yenicə parafladığım bu diplomatik nota Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinə təqdim olunacaq”, – deyə Polşanın xarici işlər naziri Zbiqnev Rau qeyd edib.

Beləliklə, Varşava rəsmi olaraq Berlinə müharibə təzminatlarının ödənilməsi üçün ərizə təqdim edir. Notanın bu gün göndəriləcəyi gözlənilir.

Sənəddə deyilir ki, tərəflər “1939-1945-ci illərdə alman işğalının nəticələrinin daimi həlli” üçün tədbirlər görməlidirlər.

Maraqlıdır ki, Almaniya diplomatiyasının rəhbəri Annalena Berbokun sabah Varşavaya səfəri nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button