Top.Mail.Ru
ÖZƏL

Kamal Aliyev: Putin Krıma gəlməklə, Qərbə hansı MESAJLARI VERDİ?

Rus diktator Vladimir Putin Krım körpüsündə partlayış baş vermiş yerə gəlməklə, əsasən qarşı tərəfə üç mesaj verdi…

-Putin Krıma gəldi və bununla ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyasına göstərdi ki, o, yıxılmayıb, ayaqdadır. Yəni, V.Putin dedi ki, Qərb mediasının az qala hər gün tirajladığı “Kreml şefinin agır xəstəliyi var” tezisi şayiədir və ona qarşı psixoloji hərb hücumunun mahiyyətidir.

-Rus diktator Krımda eyni zamanda o mesajı da verdi ki, bu qış Ukraynada daha qanlı hərbi toqquşmalara hazır olun. Əslində, Ukraynada müharibənin hələ uzun illər davam edəcəyini və daha qanlı toqquşmaların hələ baş vermədiyini aylar öncə də yazmışdım. Hətta mümkündür ki, ruslar yenidən eyni vaxtda Kiyev və Xarkov kimi şəhərlərə hücuma keçəcəklər. O ki qaldı rus işgalçılarının Xersondan geri çəkilməsinə, bu,müharibə taktikasıdır və qarşıdakı illərdə bir çox yaşayış mıntəqələrinin əl dəyişdirıcəyini görəcəyik. Yetər ki, sahədə baş verənlər düzgün analiz edilsin. Şübhəsiz ki, Ukraynada müharibə uzandıqca, Avropa ölkələrində rejim dəyişiklikləri olmasa da, növbədənkənar seçkilər və populist sağın yüksələcəyi labüddür.

-Putinin Krıma səfərinin bir məqsədi də yerli əhaliyə motivasiya verməkdir. Bir müddət əvvəl Ukrayna prezidenti V.Zelenski bəyan etmişdi ki, Kiyev Krımı rus işgalından azad etmək üçün əlindən gələni edəcək. Təbii ki, Qərbdə də ağlı başında olan insanlar Krımın ruslardan geri alınacagına o qədər də inanmırlar. Əsas budur ki, enerji infrastrukturunun 50%-i sıradan çıxan, iqtisadiyyatı tarumar olan bir ölkə bu qışı necə yola verəcək. Hər şey azərilərin gördüyü kimi asan deyil. Vəziyyət o qədər acınacaqlıdır ki, bu proseslərin üçüncü dünya müharibəsinə aparıb çıxaracağını da proqnozlaşdırmaq çətin deyil.

Kamal Aliyev

Sülh” Araşdırmaları İnstutunun rəhbəri, politoloq

 

Bənzər yazılar

Back to top button