Top.Mail.Ru
ÖZƏL

Moska və Paris arasında GİZLİ PLAN – Qarabağda ciddi siyasi SSENARİ QURULUB

Moskva və Paris Qarabağdakı ermənilər üçün yeni status üzərində işləyirlər.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ictimaiyyətinə bir reallıq məlum idi ki, Rusiya Federasiyası Qarabağdakı ermənilərin statusunu gələcəyə saxlamaq istəyir. Ruslar demək olar ki, bütün platformalarda açıq dilə gətirirdilər.

Mövzunu bir az da konkretləşdirsək, Kreml Qarabağın yekun statusunu Zəngəzur koridoru, Azərbaycan – Ermənistan dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını Qarabağın statusundan kənar görür. Yəni, Rusiya öz əlaltısı Ruben Vardanyanı Xankəndidə “dövlət naziri” (faktiki Araik Arutyundan da üstün mövqedə) etməklə, öz geopolitik kontekstini müəyyən etdi. Bu, odur ki, R.Vardanyan Kremlin direktivlərinə uygun olaraq, Qarabağda qalır və Moskvadan gələn bütün göstərişləri həyata keçirir.

Hətta vəziyyət o həddədir ki, Kremlin adamı R.Vardanyan hazırda Ukrayna böhranına görə az qala Rusiya ilə düşmən olan Almaniyanın dövlət kanalı ZDF-də açıq-aydın deyir ki, Qarabağdakı ermənilər azərbaycanlılarla yanaşı yaşaya bilərlər, ancaq birlikdə yox. Bir fakt dəqiqdir ki, Kremlin icazəsi olmadan Xankəndidəki separatçıların lideri R.Vardanyan alman kanalına çıxıb rəsmi Bakıya meydan oxumazdı.

Arutyunyan Parisdə nə vurnuxur?

Bu arada, Qarabağdakı separatçıların lideri Araik Arutyunyan Fransanın paytaxtı Parisdə “siyasi” görüşlər keçirir. Belə ki, separatçıbaşı əvvəlcə Fransa parlamentində göründü və həm Senatın, həm də Milli Assambleyanın deputatlarının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələrə görə təşəkkür etdi.

Bundan başqa, A.Arutyunyan Fransanın “France-24” kanalının efirində “Artsax”ın öz müqəddaratını təyin etməsindən, Laçın dəhlizinə beynəlxalq status verilməsinə qədər danışdı. Nəticə budur ki, Arutyunyanın Fransa, Vardanyanın alman mediasında çıxışlarının əsas məqsədi bəllidir: Laçın dəhlizinə beynəlxalq statusun verilməsi və Qarabağdakı etnik ermənilərin öz müqəddəratını təyin etməsinə siyasi dəstək almaq.

Gəldiyimiz qənaət budur ki, Qarabağda ciddi siyasi ssenari qurulub, pərdə arxasında oyunlar oynanılır. Və o da məlum olur ki, Qarabağ mövzusunda Moska və Paris arasında gizli plan üzərində iş gedir. 2023-cü il Qarabağda və ümumiyyətlə, Azərbaycan üzərində ciddi proseslər baş verəcək. Əgər Ukrayna böhranı yaxın tarixdə bitərsə, eyni zamanda Moskva və Paris arasında siyasi kommunikasiya aktivləşərsə, bu, istər-istəməz Qarabağ probleminə də təsirsiz ötüşməyəcək. Əlbəttə, belə olan təqdirdə, Miskva-Paris tandemi (Tehranı da əlavə etmək olar) Azərbaycanın üzərinə gələ bilərlər. Bu, olduqca təhlükəlidir.

Kamal Əliyev

Sülh Araşdırmaları İnstitutunun sədri, politoloq

KAİM.az

Bənzər yazılar

Back to top button