Top.Mail.Ru
ÖZƏL

Paşinyan Kremlin hiyləsini vaxtında BAŞA DÜŞDÜ: Vardanyan Qarabağdan QAÇA BİLƏR

Rusiyanın Qarabağa göndərdiyi erməni milyarder Ruben Vardanyan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında münasibətlər gərginləşməkdədir.

Ümumiyyətlə isə Kremlin Ruben Vardanyanın üzərində qurduğu siyasi ssenarinin iki fundamental xətti var:

Ruben Vardanyanın vasitəsilə çirkli pulları Qərbin tətbiq etdiyi sanksiyalardan yayındırmaq;

Ermənistanda Moskva ilə az qala konflikt həddində olan Paşinyanın yerinə erməni oliqarxı hazırlama.

Bundan əlavə, Putin Azərbaycana qarşı Ruben Vardanyandan təzyiq vasitəsi kimi istifadə edir. Yəni, Rusiyanın dövlət başçısı əslində Ruben Vardanyanla Azərbaycan və Ermənistan arasında öz geopolitik mühəndisliyini reallaşdırmaq istəyir.

Maraqlı olan həm də budur ki, erməni baş nazir Nikol Paşinyan keçirdiyi son mətbuat konfransında dolayı yolla dedi ki, Ermənistan öz işi, Qarabağdakı ermənilər də öz fəaliyyətləriylə məşğul olmalıdırlar.

Təbii ki, Paşinyanın bu fikirləri Qarabağdakı separatçı ünsürlər tərəfindən normal qarşılanmadı və “narahat” olduqlarını bəyan etdilər.

Üstəlik, Xankəındidəki “dövlət naziri” Ruben Vardanyan da Paşinyanın açıqlamalarından məyus olduğunu gizlətmədi. Ruben Vardanyan bildirdi ki, Ermənistandan onlara yalnız hüquqi və humanitar dəstək gəlir. Bu, o deməkdir ki, Qarabağdakı separatçı adminstrasiya Ermənistandan onlara siyasi dəstək gəlmədiyini etiraf edir.

Əslində, Nikol Paşinyan çox gözəl dərk edir ki, Rusiya Ruben Vardanyanı Ermənistandakı hakimiyyət üçün əlində “rezerv” kimi saxlayıb. Moskva ikinci Qarabağ müharibəsindən sonra keçmiş prezident Robert Köçəryanı iqtidara gətirməyə cəhd etdi. Lakin Putinin planı baş tutmadı. Ruslar Ermənistanda 10 il hakimiyyətdə olan Köçəryanın iqtidara gəlmək perspektivinin olmadığına yəqin etdikdən sonra çıxış yolu kimi Ruben Vardanyanın üzərində qərar verdilər.

Şübhəsiz ki, Nikol Paşinyan Kremlin bu hiyləsini vaxtında başa düşdü. Vardanyan isə son zamanlar aqoniya içindədir və qalmaqallı açıqlamalar verməkdə davam edir. Bu gün faktiki olaraq, Nikol və Ruben arasında gərgin münasibətlər mövcuddur və mümkündür ki, yaxın perspektivdə bu iki fiqurdan biri gedər gəlməzə göndərilsin. Şübhəsiz ki, “zəif bənd” Vardanyandır. Halbuki, Vardanyan Azərbaycanla kommunikasiya qurmaq istəyirdi. Lakin rəsmi Bakı Vardanyan kimi separatçı mafiozla kontakt qurmayacağını prezident Əliyev səviyyəsində dilə gətirdi.
Hal-hazırda Qarabagdakı “dövlət naziri” Ruben Vardanyanın düşdüyü vəziyyət gərgindir və belə gedərsə, o, Qarabağdan qaça bilər. Bu gün faktuki olaraq, Ruben Vardanyan İlham Əliyev və Nikol Paşinyan tərəfindən “arzuolunmaz” biri kimi görülür. Mümkündür ku, Rusiya da yaxın perspektivdə Vardanyandan imtina etsin.

Kamal Əliyev,

Sülh” Araşdırmaları İnstitunun rəhbəri, politoloq 

Bənzər yazılar

Back to top button