Kamal Aliyev: “Vardanyan GETDİ, Nersisyan GƏLDİ. Bakı bundan sonra hansı ADDIMLARI ATACAQ?”

Lakin reallıq ondan ibarətdir ki, R.Vardanyanın “mədəni ölü” olmasından Azərbaycan hökuməti ilə yanaşı, Ermənistan iqtidarının da tələbləri rol oynayıb. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Bakı Vardanyanla yox, Qarabağdakı etnik ermənilərlə kontakt quracaq.
Hətta Əliyev açıq-aşkar bəyan etmişdi ki, R.Vardanyan Moskvadan ixrac edilən biridir. Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyanın da Vardanyana münasibəti mənfi idi. Yəni, Paşinyan əvvəlcədən bilirdi ki, Kreml Vardanyandan Qarabağda istifadə etdikdən sonra onu Yerevanda hakimiyyətə ələ keçirməyə göndərəcək. Belə demək mümkünsə, Vardanyan üçün Xankəndidəki “dövlət naziri” postu daha çox tramplin xarakteri daşıyırdı. Vardanyanın “dövlət naziri” postundan uzaqlaşdırılması o deməkdir ki, artıq Qarabağda yaşayan ermənilər də Bakının proseslərə gücünün artdığını, Rusiyanın heç də onları sona qədər müdafiə etməyəcəyini dərk etdilər. Bu nöqteyi-nəzərdən, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyir ki, hazırda danışıqların gündəliyinə Azərbaycan diqtə edir. Vardan Oskanyanın fikirincə, Zəngəzur dəhlizi, anklavlar, sərhədlərin demorkasiyası və delimitasiyası Azərbaycanın gündəmidir. Oskanyanın dediklərindən belə hasil olur ki, Ermənistanın danışıqlar prosesində manevr imkanları zəifdir və onun öz gündəmi yoxdur.
Eyni zamanda,Ermənistanın xarici işlər naziri Münxen Təhlükəsizlik Konfransında Azərbaycan tərəfindən irəli sürülən sərhəd buraxılış mıntəqəsi təklifinə də mənfi cavab verib.
Görünür,problemin həlli üçün son dövrlər yaranan unikal imkandan Ermənistan hökuməti faydalanmaq istəmir.
İndiki mərhələdə ortaya maraqlı sual çıxır:
İlham Əliyevin dediyinə görə, onun hökuməti Qarabağ erməniləri ilə təmaslara hazırdır. Belə olan təqdirdə, Bakı Qurgen Nersisyanlamı müzakirə aparacaq? Çünki, Nersisyan həm Qarabağ ermənisidir, həm də Paşinyanla yaxın əlaqələrə malikdir. Orda isə Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə baglı məxvi sənədin varlığından söhbət açılır. Güman edirəm ki, Bakı Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsində beynəlxalq mexanizmin yaradılmasına razılıq verə bilər. Mümkündür ki, ATƏT və ya başqa bir beynəlxaq təşkilat Qarabağda gələcəkdə iki icma arasında münasibətlərin yaxşılaşmasında öz töhvəsini versin.
Azərbaycan üçün əsas məqsəd Qarabağda ölkə qanunlarının işləməsi, ərazi bütövlüyümüzün tanınmasıdır.
Zənnimcə, Paşinyan hökuməti də gələcək sülh sazişinin mətnində Azərbaycanın haqlı tələblərini qəbul etmək məcburiyyətində qalacaq. O ki qaldı Yuxarı Qarabağ ərazisindəki rus sülhməramlılarına, onlar 2025-ci ildə Azərbaycan ərazisini tərk etməlidir. Hər halda, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli razıılaşmada belə yazılıb.
Kamal Aliyev,
Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq