Top.Mail.Ru
ÖZƏL

Böyük Dayağın qaloşları… – Vəkil Mehman Muradlı

Beynəlxalq Səhiyyə Təşkilatının statistikasına əsasən, hər 40 saniyədən bir intihar baş verir.

 

Saytların yığılması Saytların yığılması

İntiharı iki sinifə ayırmaq olar, birbaşa və dolayısı.

Birbaşa intihar klassik, anladığımız formada insanın özünü öldürməsidir.

 

Dolayısı intihar isə başqasının əli ilə, məsələn, magistral yola çıxıb avtomobilin altına atmaqla intihar etmək olar. Bu cür intihar o qədər də çox yayılmayıb.

İntihar edənlərin sosial vəziyyətinə baxanda görürsən ki, həmişə deyildiyi kimi sosial sıxıntıdan intihar etmirlər.

2022-ci ildə Azərbaycan intihar edənlərin sayı 400 nəfərdən çox olub. Bu statistika 2023-cü ildə daha da artıb. Burada yenə sosial vəziyyət deyil, digər faktorlar əsas olub.

Skandinaviya ölkələrində intihar hadisəsi günəşi az görmə səbəbindən olur. Şərqdə isə intiharlar əsasən, qısqanclıqdan baş verir.

2024-cü ilin ilk günü də intiharla başladı. İntihar edən isə vəkil idi. Bu, indiyə kimi sayca üçüncü vəkil intiharı idi. Əvvəlki iki intihar qapalı məkanda deyil, nümayişkaranə surətdə küçədə baş vermişdir. Sonuncu intihar da həmçinin.

Sonuncu intihardan isə qaloşlar, yastı salmanlar, yarməmmədlər maksimum istifadə etməyə çalışdılar.Çamur atmağa, ittiham etməyə başladılar. İttihamın ünvanı isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov idi.

Çamur atmağa səbəb nə idi və niyə məhz intihar mövzusu ətrafında bu baş verdi?

Tarixə qısa səyahət edəndə səbəb çılpaqlığı ilə görünür.

 

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Vəkillərlə bağlı beynəlxalq tədbirlərin birində Rusiya Vəkillər Palatasının vitse-prezidenti, Dağıstan Vəkillər Palatasının sədri Akif Beybutov xoş paxıllıq hissi ilə Azərbaycanda nümayəndəlik institutunun məhdudlaşdırılmasından danışdı və bu cür məhdudiyyətin Rusiyada tətbiq olunmamasını Rusiya vəkillərinin zəifliyi ilə əlaqələndirdi.

Azərbaycanda nümayəndəlik institutunun məhdudlaşdırılması birbaşa kollegiyanın sədri Anar Bağırovun adı ilə bağlıdır. Anar Bağırov kollegiyaya sədr seçiləndən sonra ilk işi nümayəndəlik fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı həm qanunverici və həm də mərkəzi icra hakimiyyəti orqanı ilə apardığı danışıqlardan sonra reallaşdı. Bundan sonra Azərbaycanda vəkillik institutu özünün intibah dövrünə qədəm qoydu.

Şübhəsiz, bu yolda mane olmaq istəyənlər var idi. Mane olmaq istəyən qaloşlar, yastı salmanlar, yarməmmədlər nümayəndəlik institutunun məhdudlaşdırılmasından sonra məhkəmə-hüquq sisteminin iflic vəziyyətə düşəcəyi barədə fikirlər səsləndirməyə başladılar. Səbəb aydın idi. Lakin həmin yastı salmanları, məmmədyarların nəlbəkidə fırtına qoparmaq cəhdləri elə cəhd olaraq qaldı.

Gələk son hadisədən bir neçə gün əvvəl Azərbaycan Vəkillər Kollegiyasının əsası Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qoyulmuş “Vəkil Günü” ilə bağlı tədbirinə.

Həmin tədbirdə kollegiyanın gördüyü və gələcəkdə planlaşdırdığı işlərlə bağlı Anar Bağırovun məruzəsi ətrafında qanunvericilik orqanından tutumuş mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrinin, hüquqşunas alimlərin, ictimaiyyət nümayəndələrinin verdiyi yüksək qiymət Anar Bağırovun düşmənlərini qıcıqlandırmaya bilməzdi.

Həmin düşmənlər – yastı salmanlar, yarməmmədlər, qaloşlar həmin tədbirdən sonra yenə nəlbəkidə ‘fırtına’ qoparmaq üçün yol axtarırdılar.

Dünyada 40 saniyədən bir baş verən bir hadisə həmin qaloşlar, yastı salmanlar, yarməmmədlər üçün göydən düşmə fürsət oldu. Amma onlar yenə yanıldılar.
Anar Bağırov həmin yastı salmanlarla, yarməmmədlərlə tək başına vuruşdu, Azərbaycan Vəkilliyinin Böyük Dayağı oldu.

 

P.S. A Səhnə, görən, o it kimə hürür?

Mehman Muradlı

“İnformasiyalı Cəmiyyət Uğrunda İctimai Birliyi”nin sədri

Bənzər yazılar